Sabirabadda 5 kiloqram narkotik vasitə aşkarlanıb.
Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Bildirilib ki, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Anar Rəhimov, Cəlal Cavadov və Ümüd Qənbərov saxlanılıblar. Onlardan 5 kiloqramdan artıq narkotik vasitə həşiş, tiryək, heroin və psixotrop maddə metamfetamin aşkarlanıb.
Saxlanılan şəxslər ifadələrində narkotikləri müxtəlif ünvanlara çatdırmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.