RU

Azərbaycan ilə Rumıniya arasında ikitərəfli və çoxtərəfli münasibətlər müzakirə olunub

Bakı. Trend:

15 mart tarixində Azərbaycan Respublikasının xarici işlər naziriCeyhun Bayramov ilə Rumıniyanın xarici işlər naziri Oana-SilviaToiu arasında telefon danışığı baş tutub.

XİN-dən Trend-ə bildirilibki, telefon danışığı zamanı tərəflər Azərbaycan ilə Rumıniyaarasında ikitərəfli və çoxtərəfli münasibətlərin cari vəziyyəti vəinkişaf perspektivlərini müzakirə ediblər.

Bu çərçivədə enerji, nəqliyyat və kommunikasiya sahələrindəəməkdaşlığın genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsiaparılıb. Azərbaycanın iştirakı ilə həyata keçirilən stratejilayihələrin əhəmiyyəti vurğulanıb.

Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran regional vəbeynəlxalq məsələlərə toxunaraq, əməkdaşlığınmöhkəmləndirilməsinin, təhlükəsizliyin və sabitliyin əhəmiyyətiniqeyd ediblər.

Danışıq zamanı geniş kontekstdə Azərbaycan ilə Avropa İttifaqıarasında münasibətlərin mövcud vəziyyəti və perspektivləri dənəzərdən keçirilib. Tərəflər bu istiqamətdə dialoq və əməkdaşlığındavam etdirilməsinin vacibliyini vurğulayıblar.

Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli vəregional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Избранный
36
27
az.trend.az

10Источники