RU

Gömrükdə tətbiq ediləcək ikipilləli buraxılış mexanizminin üstünlüyü nədir?VİDEO

Gömrük sahəsində malların ikipilləli buraxılış mexanizmi tətbiqinə başlanıb...

Xezerxeber.az xəbər verir ki, məqsəd gömrük sahəsində biznes proseslərinin çevikliyinin artırılması və ticarət əməliyyatlarının sadələşdirilməsidir.

Belə ki, "İkipilləli buraxılış" sistemi gömrük ödənişlərinin bank qarantiyası əsasında malların buraxılışından sonra 30 gün ərzində ödənilməsinə imkan yaradır.

"Xəzər Xəbər"ə açıqlama verən DGK-nın şöbə rəisi Elşad Məmmədzadə bildirib ki, normal şərtlər altında gömrük ödənişləri malların buraxılışına qədər mütləq ödənilməlidir. Yalnız ödənildikdən sonra malların buraxılışı həyata keçirilir. Lakin, yeni sistem etibarlı tərəfdaşlara gömrük ödənişlərini malların buraxılışından sonra ödəməyə şərait yaradır.

Elşad Məmmədzadənin sözlərinə görə, pilot layihə çərçivəsində həyata keçirilən yeni sistem sahibkarlığa dəstəklə bərabər, idxal-ixrac əməliyyatlarını da sadələşdirir.

O da qeyd edilib ki, ilin sonuna qədər yeni normativ hüquqi sənədlərin işlənib hazırlanması və tam tətbiqi planlaşdırılır. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Избранный
16
2
xezerxeber.az

3Источники