RU

Vəziyyət tezliklə sabitləşməsə, yayda turizm sektorunda ciddi azalma ilə üzləşilə bilər

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Hazırkı geosiyasi vəziyyət və regionda davam edən gərginlik turizm sektoruna da birbaşa təsir göstərir. Rəsmi olaraq atəşkəsin mövcud olmasına baxmayaraq, tam sabitlik barədə danışmaq hələ tezdir. Hava nəqliyyatında məhdudiyyətlər və risklərin qalması səyahət axınını zəiflədir. Bu fon turistlərin davranışına və planlarına da təsir edir. Nəticədə turizm bazarı yüksək mövsümə zəif göstəricilərlə daxil olur.Məsələ ilə bağlı turizm eksperti Rahib İsmayılov Demokrat.az-a bildirib ki, təəssüf ki, hazırda atəşkəs olsa da, bu turizmə müsbət mənada ciddi təsir göstərmir:"Ümumiyyətlə, bu atəşkəsə tam olaraq “atəşkəs” demək bir qədər düzgün deyil. Hazırkı vəziyyətdə tərəflər arasında gərginliyin qalması və xırda toqquşmaların baş verməsi müşahidə olunur. Bu da istər-istəməz regionda, ümumilikdə isə turizm sektoruna daha çox təsir edir. Ona görə də hələ də həm turistlərdə qorxu qalır, həm də hava yolları şirkətləri tərəfindən uçuşların bir qismi ləğv olunur, uçuş sayı isə azalıb. Buna görə də hazırda turizm baxımından ölkə üçün vəziyyət o qədər də qənaətbəxş deyil".O bildirib ki, qarşıdan mövsüm gəlir, bu dövrdə turizm göstəriciləri daha yaxşı olmalı idi:"Lakin hazırkı vəziyyətdə turizm göstəricilərinin zəif olduğu, gələn qonaqların sayında ciddi azalma müşahidə edildiyi görünür. Aviabiletlərin qiymətləri isə kifayət qədər yüksəkdir. Ümid edirik ki, münaqişə tezliklə tam şəkildə bitər və turizm sektoru yenidən canlanar. Çünki müharibə nə qədər tez bitsə, bir o qədər yaxşı olar. Münaqişədən sonra isə uçuşların bərpası və turist axınının normallaşması müəyyən vaxt aparacaq. Bu proseslər zaman tələb edir və əgər vəziyyət tezliklə sabitləşməsə, yay mövsümündə turizm sektorunda ciddi azalma ilə üzləşilə bilər", - deyə o qeyd edib. Əfsanə Kamal

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
33
demokrat.az

1Источники