RU

Ağ ev: İranla danışıqlar davam edir

Vaşinqton, 15 aprel, AZƏRTAC

ABŞ İrandan rəsmi olaraq atəşkəsin uzadılmasını tələb etməyib.

AZƏRTAC-ın məlumatına görə, bu barədə Ağ evin sözçüsü Kerolayn Livit deyib.

"Hazırda biz danışıqlarda fəal iştirak edirik. Daha çox danışıqların keçirilməsi ilə bağlı müzakirələr aparılır. Lakin Ağ ev açıqlamayana qədər heç nə rəsmi deyil”,-deyə o əlavə edib.

O, mümkün olan növbəti danışıqların çox güman ki, əvvəlki kimi Pakistanın paytaxtı İslamabadda keçiriləcəyini söyləyib.

 
 
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton

 

Избранный
39
6
azertag.az

10Источники