RU

“Qarabağ” “Sabah”ın legionerini transfer etmək istəyir

Bizim media portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Sabah”ın ötən ilin avqustunda sıralarına qatdığı Velko Simiç “Qarabağ“ın transfer siyahısında yer alıb. Bizim.Media xəbər verir ki, Ağdam klubu hücumameyilli yarımmüdafiəçi ilə yaxından maraqlanır. 

 

“Köhlən atlar“ın nümayəndələri serbiyalının müqavilə ilə məxsus olduğu bağlı “Sivasspor” ilə əlaqə saxlayıb.

Onlar Türkiyə klubunun nümayəndələrindən balkanlı legionerin transfer qiymətini öyrəniblər.“Sabah”ın bir illik icarəyə götürdüyü Simiç Premyer Liqanın geridə qalan bölümündə 11 qola imza atıb.Simiç karyerası ərzində “Sivasspor”la yanaşı, Serbiyanın “Srvena Zvezda” (2012-2013, 2018-2021), “Zemun” (2018), “Voyvodina” (2021-2023), İsveçrənin “Bazel” (2013-2017), “Şaffhauzen” (2016), “Kyasso” (2016-2017), “Vintertur” (2017), Sloveniyanın “Domjale” (2014-2015) və Kiprin “Omoniya” (2023-2025) klublarında çıxış edib. Serbiyanın müxtəlif yaş qruplarından ibarət yığmalarının və əsas millinin üzvü olub.Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
3
3
bizim.media

4Источники