RU

Seulda Azərbaycan gecəsi

Koreya Respublikasındakı səfirliyimizin və bu ölkədəki Azərbaycan icmasının təşkilatçılığı, Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə Seul şəhərində mədəniyyət gecəsi təşkil olunub.

Azərbaycan səfiri Ramin Həsənov ölkəmizin zəngin və rəngarəng mədəniyyətə malik olduğunu, bunun minilliklər boyu inkişaf edərək Şərq və Qərb elementlərini özündə birləşdirən unikal multikultural xəzinəyə çevrildiyini vurğulayıb.

Diplomat UNESCO-nun Ümumdünya İrs Siyahısına və Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısına daxil edilmiş Azərbaycanın maddi və qeyri-maddi mədəni irs nümunələrinin önəmi vurğulayıb, mədəni irsimizin beynəlxalq səviyyədə təbliğində Heydər Əliyev Fondunun mühüm işlərin görüldüyünü bildirib.

Tədbir Azərbaycan milli musiqisinin və rəqslərinin ifaları ilə davam edib. Eyni zamanda, tədbir zamanı ölkəmizin mədəniyyət nümunələri nümayiş olunub, qonaqlara ziyafət verilib və milli mətbəx nümunələrimiz ikram olunub.

XQ

 

Избранный
2
1
xalqqazeti.az

2Источники