"Rosaviasiya" Rusiya aviaşirkətlərinin İsrailin hava məkanından istifadə etməsinə dair tövsiyələrini yeniləyib.
Redaktor.az xəbər verir ki, Tənzimləyici qurumun mətbuat xidmətinin yaydığı məlumata görə, uçuşlara verilən icazə aprelin 16-dan mayın 15-dək qüvvədə olacaq.
Sənəddə qeyd olunur ki, reyslər yalnız saat 07:00-dan 01:00-dək yerinə yetirilə bilər, gecə saatlarında isə uçuşların həyata keçirilməsi qadağandır. Qurum aviaşirkətləri uçuş qərarları verərkən riskləri düzgün qiymətləndirməyə, o cümlədən Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) tövsiyələrini nəzərə almağa çağırıb.
Xədicə BAXIŞLI