RU

Tehranın neft sxemi çökdü: SEPAH generallarının ölümü hər şeyi dəyişdi

İran onilliklərdir neft satışında istifadə etdiyi vasitəçilər şəbəkəsindən imtina etmək məcburiyyətində qalıb. “The Wall Street Journal”ın (WSJ) məlumatına görə, bu gözlənilməz qərarın arxasında Tehranın “kölgə donanması”nın əməliyyatlarına nəzarət edən bir neçə yüksək rütbəli İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) nümayəndəsinin ölümü dayanır. Bu şəxslər sanksiyalardan yan keçməklə neft ixracını təmin edən mürəkkəb mexanizmin əsas fiqurları idi.

KONKRET.az xəbər verir ki, indiyədək İran neftini beynəlxalq bazarlara çıxarmaq üçün Rusiya və Dubayda fəaliyyət göstərən, SEPAH-la sıx əlaqəli olan geniş treyder şəbəkəsindən istifadə edirdi. Lakin son hadisələr bu zənciri qırıb. Malayziyanın neft emalı zavodlarının nümayəndələri WSJ-yə bildiriblər ki, artıq Malakka boğazında gəmidən-gəmiyə neft ötürülməsi əməliyyatlarını idarə edən iki əsas SEPAH rəsmisi ilə əlaqə tamamilə kəsilib.

Yaranmış idarəetmə boşluğu fonunda İran Milli Neft Şirkəti (NIOC) neft satışını tamamilə öz üzərinə götürməyə və əməliyyatları müstəqil şəkildə həyata keçirməyə qərar verib. Ekspertlər hesab edir ki, vasitəçi şəbəkəsinin sıradan çıxması Tehranın ABŞ və Aİ sanksiyalarından yayınma imkanlarını xeyli məhdudlaşdıra və ölkənin neft gəlirlərinə ciddi zərbə vura bilər.

Natiq Səlim,
KONKRET.az

Избранный
18
1
konkret.az

2Источники