ABŞ Prezidenti Donald Trampın İran limanlarına qarşı elan etdiyi blokada Xəzər dənizi səbəbindən uğursuz ola bilər.
Publika.az xəbər verir ki, bu barədə “19FortyFive” portalı məlumat yayıb. Məqalədə deyilir ki, Trampın İranı təcrid etməkdə üzləşəcəyi problem Fars körfəzində deyil, Xəzər dənizində olacaq.
Qeyd olunur ki, Amerika ordusu Fars körfəzindəki İran limanlarını asanlıqla blokada edə bilər, lakin Xəzər dənizi Tehrana blokadanı keçməyə və enerji təchizatını davam etdirməyə imkan verəcək.