RU

"Süni intellekt təhlükəsi: alimlər 2028-ci ilə qədər qlobal iqtisadi sarsıntı proqnozlaşdırır" - "New Format"

"Süni intellektin inkişafı gözlənilən rifah əvəzinə işsizlik, bazar çöküşü və "görünməz böyümə" problemi yarada bilər..."

"Citrini Research" institutunun "2028: Qlobal intellekt böhranı" adlı hesabatı maliyyə bazarlarında ciddi narahatlıq yaradıb. 

Moderator.az xəbər verir ki, bu barədə "New Format" nəşri yazıb.

Bazarlar üçün narahatedici siqnallar

Sənədin dərcindən sonra bir sıra texnoloji şirkətlərin səhmləri kəskin ucuzlaşıb - IBM təxminən 13 faiz, digər böyük şirkətlər isə orta hesabla 9 faiz dəyər itirib. Analitiklər xəbərdarlıq edir ki, süni intellekt əvvəl düşünüldüyü kimi yalnız iqtisadi artımın mühərriki olmaya bilər. Əksinə, onun sürətli yayılması ciddi struktur böhranına səbəb ola bilər.

2028 ssenarisi: iqtisadi şok və işsizlik

Proqnozlara görə, onilliyin sonuna qədər ABŞ iqtisadiyyatı dərin sarsıntı ilə üzləşə bilər. Mümkün nəticələr arasında S&P 500 indeksinin təxminən 38 faiz düşməsi, işsizliyin 10 faizə qədər yüksəlməsi və kredit sektorunda problemlərin yaranması göstərilir.
Bu prosesin əsas səbəbi kimi süni intellektin biznesə sürətli inteqrasiyası göstərilir. Şirkətlər məhsuldarlığı artırmaq üçün insan əməyini geniş şəkildə alqoritmlərlə əvəz etməyə başlayır.

Paradoks: məhsuldarlıq artır, rifah azalır

Ekspertlər əsas paradoksu belə izah edir: süni intellekt şirkətlərin effektivliyini artırsa da, bu artım cəmiyyətin rifahına eyni dərəcədə təsir etmir. Əksinə, xərcləri azaltmaq üçün işçilərin ixtisarı geniş vüsət alır. Nəticədə əhalinin gəlirləri azalır, istehlak zəifləyir və bu da şirkətlərin gəlirlərinə mənfi təsir göstərir. Beləliklə, qapalı mənfi dövr yaranır: ixtisarlar - azalan gəlirlər - zəifləyən bazar - yeni ixtisarlar.

Əmək bazarında balans pozulur

Texnoloji inkişaf yeni peşələr yaratsa da, süni intellekt dövründə bu proses qeyri-bərabər gedir. Yeni iş yerləri, məsələn, data mühəndisləri və süni intellelt mütəxəssisləri yaranır, lakin onların sayı itirilən iş yerlərini kompensasiya etmir. Analitiklərin hesablamalarına görə, bir yeni iş yerinə qarşılıq onlarla mövcud vəzifə ləğv olunur. Ən böyük zərbə ofis işlərinə və xidmət sektoruna dəyəcək, halbuki istehsal, tikinti və bəzi praktiki peşələr daha stabil qala bilər.

"Kabus ÜDM" və dövlətin mümkün reaksiyası

İqtisadçılar yaranan vəziyyəti "kabus ÜDM" kimi xarakterizə edir, yəni statistik göstəricilər artım göstərir, amma bu artım real həyat səviyyəsində hiss olunmur. Bu şəraitdə ABŞ-da gələcəkdə "süni intellekt dividendi" kimi mexanizmlərin tətbiqi müzakirə oluna bilər. Bu ideya texnoloji şirkətlərin yüksək gəlirlərinin vergiyə cəlb edilərək işini itirən vətəndaşlara yönəldilməsini nəzərdə tutur. Lakin ekspertlər xəbərdarlıq edir ki, sosial və iqtisadi dəyişikliklər o qədər sürətli gedə bilər ki, dövlət institutları yeni reallığa vaxtında uyğunlaşmaqda çətinlik çəkəcək.

Избранный
17
1
moderator.az

2Источники