RU

Maraşdakı Ayla müəllim şagirdlərinə sipər olaraq canını fəda edib

Milli.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Türkiyənin Qəhrəmanmaraş bölgəsində orta məktəbdə baş verən silahlı hücumda həyatını itirən riyaziyyat müəllimi Ayla Qaranın ölümü ilə bağlı bəzi faktlar məlum olub.

Milli.Az xəbər verir ki, hadisə şahidlərinin və ilkin araşdırmaların nəticələrinə görə, hücumçu sinif otağına daxil olub atəş açmağa başlayanda, Ayla müəllim bir an belə tərəddüd etməyib. O, şagirdlərini qorumaq üçün öz bədənini onlara sipər edib və açılan atəş nəticəsində qəhrəmancasına həyatını itirib.

Xatırladaq ki, 8-ci sinif şagirdi tərəfindən törədilən bu hücumda 9 nəfər (1 müəllim və 8 şagird) həyatını itirib. Yaralıların müalicəsi isə xəstəxanalarda davam edir.Lalə Qüdrətova

Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
8
3
news.milli.az

4Источники