RU

Pakistan ordusunun baş komandanı İrandadır

Pakistan ordusunun baş komandanı İrandadır

Pakistan ordusunun baş komandanı Asim Muniri İranda səfərdədir.

AFN.az yerli mediaya istinadən xəbər verir ki, İranın xarici işlər naziri Abbas Araqçı Pakistan ordusunun baş komandanını Tehran hava limanında qarşılayıb. Məlumata görə, Munir Tehrana Vaşinqtonun ismarıcını çatdırmaq və ABŞ-İran danışıqlarının ikinci raunduna hazırlıq məqsədilə gəlib.

Eyni zamanda, İsveçrə də ABŞ və İran arasında danışıqlara ev sahibliyi etməyə hər an hazır olduğunu bəyan edib. İsveçrə XİN-in rəsmi nümayəndəsi Melani Quqelmann ölkəsinin "xoşməramlı xidmətlərini" təklif etməyə və sülhə töhfə verəcək istənilən diplomatik təşəbbüsü dəstəkləməyə hazır olduğunu vurğulayıb.

Избранный
22
afn.az

1Источники