RU

Ofisə girən kimi halınız pisləşir? – SƏBƏBİ görün nədir...

İşə gələn kimi öskürək, qaşınma, asqırıq və ya başgicəllənmə başlayır, amma çölə çıxan kimi hər şey keçirsə – bu, təsadüf deyil.

Musavat.com xəbər verir ki, mütəxəssislər bunu “xəstə bina sindromu” adlandırır.

Məlumata görə, bu vəziyyətin əsas səbəbi ofis mühitindəki problemlərdir. Zəif ventilyasiya, rütubət, kif, toz, mebel və təmizləyici vasitələrdəki kimyəvi maddələr, günəş işığının azlığı və hətta otaqların dezinfeksiyası zamanı istifadə olunan toksinlər insan sağlamlığına mənfi təsir göstərir.

Bu amillər bir araya gəldikdə, iş mühitində olan şəxslərdə müxtəlif narahatedici simptomlar yaranır və həmin şəxslər özlərini yalnız ofisdən uzaqlaşdıqdan sonra yaxşı hiss edirlər.

Araşdırmalar göstərir ki, bu sindrom qadınlarda kişilərlə müqayisədə daha çox müşahidə olunur.

 

Musavat.com

Избранный
46
1
musavat.com

2Источники