RU

Netanyahu: İsrail Livanda döyüşməyə davam edir və İranla müharibəni yenidən başlamağa hazırdır

İsrailin Baş naziri Binyamin Netanyahu İsrailin İranla hərbi əməliyyatları bərpa etməyə hazır olduğunu və Livanla davam edən danışıqlara paralel olaraq Hizbullaha qarşı əməliyyatları davam etdirdiyini açıqladı. Vətəninfo.az xəbər verir ki, bu barədə ” The Times of Israel” qəzeti məlumat yayıb .

“Amerikalı müttəfiqlərimiz İranla qarşılıqlı əlaqələri barədə bizi məlumatlandırırlar. ABŞ-ın və bizim məqsədlərimiz üst-üstə düşür. Biz zənginləşdirilmiş uranın İrandan çıxarılmasını, İran daxilindəki uran zənginləşdirmə qurğularının sökülməsini istəyirik. Və əlbəttə ki, [əsas gəmiçilik] boğazlarının yenidən açılmasını istəyirik”, – deyə o qeyd edib.

Избранный
28
veteninfo.az

1Источники