Bakı. Trend:
Gürcüstan Milli Bankının beynəlxalq valyuta ehtiyatları artaraqbu ilin sonuna kimi 7 milyard dollara çatacaq.
Trend xəbər verir ki, bubarədə “Tbilisi – Galt&Taggart” İnvestisiya Bankı məlumatyayıb.
Bankın dərc etdiyi həftəlik icmala əsasən, 2026-cı ilin martayında Gürcüstanın beynəlxalq valyuta ehtiyatları illik müqayisədə46,5 faiz artaraq 6,3 milyard dollar təşkil edib.
Bununla belə, aylıq müqayisədə ehtiyatlarda azalma qeydə alınıb.Mart ayında göstərici 5,2 faiz və ya 343,4 milyon dollar azalıb. Buazalma əsasən monetar qızılın dəyərinin ucuzlaşması, eləcə dəhökumət və bank sektorunun valyuta əməliyyatları ilə izaholunur.
Bankın hesabatında qeyd edilir ki, 2026-cı ilin mart ayına olanvəziyyətə görə, monetar qızıl ümumi beynəlxalq ehtiyatların 16,7faizini təşkil edir.