RU

Heç bir eleqant qadının geyimində açıq saçıqlıq görməzsən

Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Televiziya məkanında aparıcıların xarici görünüşü və geyim tərzi hər zaman müzakirə mövzusu olub. Tanınmış televiziya siması Nailə İslamzadə son dövrlərdə efirlərdə müşahidə olunan süni gözəllik meyilləri və açıq-saçıq geyimlərlə bağlı kəskin fikirlərini bölüşüb. O, efirin xüsusi qayda-qanunları olduğunu və hər kəsin bu çərçivəyə əməl etməli olduğunu vurğulayıb.Demokrat.az xəbər verir ki, Nailə İslamzadə qadınların gözəl görünmək istəyini təbii qarşılasa da, bunun şişirdilmiş formada təqdim olunmasına qarşı çıxıb. Onun fikrincə, həqiqi eleqantlıq bədən formalarını qabartmaq və ya həddindən artıq kosmetik müdaxilələrlə ölçülmür. Təcrübəli aparıcı efir mədəniyyətinin qorunmasının vacibliyini qeyd edərək bildirib:"Gərək elələrini işə götürməsinlər. Qadın gözəl olmaq istəyir, bu normaldır. Amma bu, şişirtmə ilə gözəllik olmur axı. Qadınlar müxtəlif təbəqələrə bölünürlər. Bir var eleqant, özünə hörmət edən qadın, o heç vaxt siz sadalağınız əməllər etməz. Heç bir eleqant qadının geyimində açıq-saçıqlıq görməzsən, bədəninə tam yapışmış paltar görməzsən."Geyimlərin məkan və mühitə uyğun seçilməsinin əhəmiyyətinə toxunan Nailə İslamzadə efirin bəzənmək üçün vasitə olmadığını diqqətə çatdırıb. O, xüsusilə şou proqramlarının aparıcılarının müəyyən həddi keçməməli olduqlarını xatırladıb:"Hər geyimin də öz yeri var: çimərliyin öz paltarı var, ictimai nəqliyyatda gedənin öz paltarı var, istirahət geyimində tədbirlərə gedə bilməzsən. Efirin də öz qayda-qanunu var. Efir o demək deyil ki, mütləq bəzənib çıxmalıyam. Şou verilişlərinin aparıcıları bəzənməlidir, amma əndazədən çıxmamalıdırlar. Bunlar hamısı efir mədəniyyətidir. Bunları bilməyən insanlar efirə gərək buraxılmasın."(musavat)Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
26
demokrat.az

1Источники