RU

Mədəniyyət xadimləri ilə görüş keçirilib

ain.az bildirir, Newscenter.az saytına əsaslanaraq.

15 aprel Beynəlxalq Mədəniyyət Günü münasibətilə Milli Məclisin deputatı Anatoliy Rafailov, Qlobal Həmrəylik Şurasının Qafqaz üzrə nümayəndəliyinin rəhbəri, beynəlxalq hüquq müdafiəçisi, Qafqaz Yəhudiləri Assosiasiyasının Azərbaycan nümayəndəliyinin rəhbəri David Seliverstov Azərbaycanın görkəmli mədəniyyət və incəsənət xadimləri ilə bir araya gəlib.Newscenter.az xəbər verir ki, bu barədə məlumatı David Seliverstov verib. Bildirilib ki, görüşdə xalq şairi Vahid Əziz, xalq rəssamı Sakit Məmmədov, xalq artisti Səyavuş Kərimi və dünya ədəbiyyatının böyük simalarından olan Çingiz Aytmatovun oğlu, Qırğızıstanın dəyərli ziyalısı Eldar Aytmatov iştirak edib. David Seliverstov qeyd edib ki, bu görüş xüsusi mənəvi dəyər daşıyırdı. "Dostlarla birlikdə bu gözəl günü qeyd etmək, əslində, mədəniyyətin və sənətin insan ruhunu necə birləşdirdiyini bir daha göstərdi.Belə görüşlər sadəcə bir axşamın xoş keçməsi deyil. Bu, sözə, sənətə, musiqiyə, rəngə və milli mənəviyyata verilən dəyərin ifadəsidir. Mədəniyyət insanın daxilini zənginləşdirən, xalqın ruhunu yaşadan və cəmiyyətə mənəvi istiqamət verən böyük bir qüvvədir. Bu səbəbdən Beynəlxalq Mədəniyyət Gününü belə dəyərli insanlarla birgə qeyd etmək, əslində, milli ruhun, estetik düşüncənin və mənəvi bağlılığın təntənəsi idi.Bir daha aydın olur ki, mədəniyyət olan yerdə xalqın yaddaşı yaşayır, sənət olan yerdə isə insan ruhu susmur",-deyə David Seliverstov vurğulayıb.Süleyman

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
2
1
newscenter.az

2Источники