RU

Finlandiya rus rəssamı Repinin vətəndaşlığını dəyişdirdi

Finlandiyada rusofobiya pik həddinə çatıb...

Poliqon xəbər verir ki, bunu Rusiyanın Helsinkidəki səfiri Pavel Kuznetsov Finlandiyanın baş incəsənət muzeyi olan “Ateneum”un rusiyalı rəssam İlya Repinin milliyyətinin “Ukraynalı” olması ilə bağlı qərarını TASS agentliyinə şərh edərkən deyib.

"Təəssüf ki, rusofobiya mədəniyyət sahəsinə də təsir edib. Bu, absurd həddinə çatıb", səfir qeyd edib.

Qeyd edək ki, İlya Repin 5 avqust 1844-cü ildə Rusiyanın Xarkov quberniyasının Çuguev şəhərində anadan olub. O, doğulduğu şəhərdə, Moskvada, Sankt-Peterburqda, İtaliyada və Fransada yaşayıb və rəsm çəkib. 1903-cü ildən ömrünün son günlərinə qədər rəssam Kuokkala kəndindəki malikanəsində yaşayıb. Bu, o vaxt Finlandiya Böyük Hersoqluğunda idi və indi Sankt-Peterburqun Kurortnı rayonunun bir hissəsi olan Repino kəndidir.

Poliqon.info

Избранный
20
poliqon.info

1Источники