“Bavariya”nın qapıçısı Manuel Noyer futbol tarixinin ən yaxşı beş qapıçısının adını çəkib:
Ölkə.az xəbər verir ki, Noyer bildirib ki, bunu demək çətindir, bu, danışdığımız dövrdən asılıdır. "Son bir neçə onilliyi götürsək, ən azı on qapıçı var", - deyə, Noyer bildirib.
"Şmeyhel, Oliver Kan, Kasilyas, Buffon və hətta Kurtua - onların arasında, şübhəsiz ki, çox, çox yaxşı qapıçılar olub. Ən yaxşısının kim olduğunu demək çətindir".
40 yaşlı alman, bir çox mütəxəssis tərəfindən tarixin ən güclü qapıçısı hesab edilməsinə baxmayaraq, özünün adını çəkməməsi ilə hər kəsi təəccübləndirib.(lent.az)