RU

Bu dərman keçmişi UNUTDURURMUŞ Çoxumuz istifadə etmişik

Milli.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Propranolol (Azərbaycanda dideral) tez-tez yüksək təzyiq üçün təyin olunan bir dərmandır. Stress hormonlarinin həddindən artiq sərbəst buraxılmasının qarşısını alaraq, bədəni rahatlaşdırır.

Milli.Az Bizim.Media-ya istinadən xəbər verir ki, bu dərman ürək-damar sağlamlığını nəzarət altında saxlayır.

Bundan başqa propranolol angina, ürək döyüntülərinin nizamsızlığı (aritmiya), titrəmələrin müalicəsində və miqrenin qarşısının alınmasında istifadə edilən beta-blokerdir.

Lakin bu dərmanın başqa bir xüsusiyyəti də var. Kanadalı alim Alan Brunet 15 il ərzində araşdırmalardan sonra bu qənaətə gəlib ki, keçmişin əzab-əziyyətindən qurtula bilməyən şəxslər bu dərman vasitəsilə yenidən normala dönə bilər.

Çünki bu dərman post-travmatik stres pozuntusunu aradan qaldırır.

Kanadalı alimin təklif etdiyi bərpa prosesi terapiya seansından bir saat əvvəl propranolol qəbul etməklə başlayır, sonra pasientlərdən xahiş edilir ki, öz travmalarını ətraflı şəkildə kağıza yazıb ucadan oxusunlar. Nəticədə pasiyent keçmişə aid hansısa hadisəni xatırlayıb onunla bağlı yeni bir detalı yadına salanda, həmin xatirə blokdan çıxmış olur. Bu zaman o yenilənir və bu dəfə fərqli şəkildə yadda qalır, yəni əvvəlki ağrılı formadan çıxır.

Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
1
7
news.milli.az

8Источники