RU

Azərbaycanın xarici ticarət dövriyyəsi 22%-ə yaxın azalıb

BAKI, 16 aprel. TELEQRAF

2026-cı ilin yanvar-mart aylarında Azərbaycan xarici ticarət dövriyyəsi ötən ilin müvafiq dövrünə nisbətən 21.93% azalaraq 9 milyard 406.86milyon ABŞ dolları təşkil edib.

Teleqraf Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə ölkə üzrə ixrac 15.40% azalaraq 5 milyard 402.21 milyon ABŞ dolları olub. İdxal isə 29.29% azalaraq 4 milyard 4.65 milyon ABŞ dolları təşkil edib.

Hesabat dövründə xarici ticarət dövriyyəsinə 1 milyard 397.56 milyon dollarlıq müsbət saldo yaranıb və bu, ötən ilin eyni dövrünə nisbətən 93.32% çoxdur.

Избранный
20
teleqraf.com

1Источники