RU

Nəriman sona qədər oynadı, ilk qolda iştirak etdi

style='margin-bottom:10px;'>

Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin çıxış etdiyi “Kolumbus Kryu” ABŞ Açıq Kubokunda növbəti oyuna çıxıb.

QOL.az xəbər verir ki, onun komandası 1/16 finalda səfərdə “Riçmond Kikkeers”lə qarşılaşıb.

Görüş “Kolumbus Kryu”nun qələbəsi ilə başa çatıb – 3:0. Nəriman oyuna start heyətdə başlayıb və sona qədər meydanda olub. O, ilk qolun vurulmasında iştirak edib.  Axundzadə və Marselo Erreranın qurduğu hücumu Qyuqu Pikar qolla tamamlayıb.

1/8 finala yüksələn “Kolumbus Kryu"nun rəqibi “One Knoksvill” olacaq. Oyun aprelin 30-da keçiriləcək.

Избранный
12
6
teleqraf.com

10Источники