RU

Azərbaycanın xarici ticarət dövriyyəsi 22% azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar-mart aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 9 milyard 407 milyon ABŞ dolları olub. 

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2 milyard 642 milyon dollar və ya 21,9% azdır.

Son 1 ildə Azərbaycanın ixracı 15,4% azalaraq 5 milyard 402 milyon ABŞ dollarına, idxalı isə 29,3% azalaraq 4 milyard 4 milyon ABŞ dollarına enib.

Nəticədə xarici ticarətdə 1 milyard 398 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 93,5% çoxdur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Избранный
13
banco.az

1Источники