RU

Avstraliyada Neft Emalı Zavodunda yanğın

ain.az bildirir, 525.az saytına əsaslanaraq.

Viktoriya ştatının Cilonq şəhəri yaxınlığında yerləşən Neft Emalı Zavodunda güclü yanğın baş verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, yanğın dünən axşam saatlarında mühərrik benzini sexində başlayıb və bir neçə zəif partlayışla müşahidə edilib. Əraziyə dərhal yanğınsöndürənlər və xilasedicilər cəlb olunub. Zavod əməkdaşları təhlükəsiz əraziyə təxliyə edilib. Bundan başqa qatı tüstüyə görə yaxınlıqda yerləşən evlərin sakinlərinə bayıra çıxmamaq tövsiyə edilib.

Bu gün səhərə olan məlumata görə, alovu ram etmək hələ də mümkün olmayıb. Yanğının səbəbləri də bəlli deyil.

Qeyd edək ki, sözügedən müəssisə Avstraliyada fəaliyyət göstərən 2 neft emalı zavodundan biridir.

L.Tağıyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
23
525.az

1Источники