RU

Niyə az benzinlə maşını sürmək olmaz?

Bizim media portalından verilən məlumata əsasən, ain.az bildirir.

Yanacaq çənində az miqdarda benzinlə hərəkət etmək avtomobildə ciddi texniki nasazlıqlara yol aça bilər.Bizim.Media xəbər verir ki, bu vərdiş xüsusilə yanacaq nasosunun sıradan çıxmasına və baha başa gələn təmir işlərinə səbəb olur.Müasir avtomobillərin əksəriyyətində yanacaq nasosu məhz çəndəki yanacaq vasitəsilə soyudulur və sürtülür. Çəndə səviyyə həddindən artıq aşağı düşdükdə nasosun iş rejimi ağırlaşır ki, bu da onun daha tez aşınması ilə nəticələnir.Bundan əlavə, yanacaq az olduqda çənin dibində toplanan çöküntülərin sistemə daxil olma ehtimalı artır. Bu hal uzun müddət istifadə edilən nəqliyyat vasitələrində daha çox müşahidə olunur.

 

Dizel mühərrikli avtomobillərdə isə risklər daha yüksəkdir. Sistemə hava daxil olması mühərrikin işə düşməsini çətinləşdirir və yanacaq aparatını əlavə yükə salır. Benzinlə işləyən modellərdə isə əsasən nasosun vaxtından əvvəl sıradan çıxması və filtrlərin tıxanması təhlükəsi yaranır.

Avtomobilin texniki sazlığını qorumaq üçün yanacaq səviyyəsinin çənin dörddə birindən aşağı düşməsinə imkan verməmək tövsiyə olunur. Bu yanaşma həm yanacaq sisteminin ömrünü uzadır, həm də tıxaclarda və digər gözlənilməz vəziyyətlərdə hərəkət ehtiyatını təmin edir.Yəni, maşının yanacaq çənini tam boşaltmadan doldurmaq lazımdır, əks halda yanacaq nasosu qızaraq xarab ola bilər və bu da sürücüyə baha başa gələr. (Demokrat.az)Bizim.Media

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
1
3
bizim.media

4Источники