RU

Türkiyədə 9 nəfəri öldürən şagirdlə bağlı tükürpərdici DETALLAR - FOTO

Kahramanmaraşın Onikişubat rayonunda yerləşən Ayser Çalık Orta Məktəbində baş verən silahlı hücumla bağlı yeni təfərrüatlar üzə çıxıb.

Milli.Az Türkiyə mediasına istinadla xəbər verir ki, hadisəni törədən 16 yaşlı İsa Aras Mersinlinin "WhatsApp" profil şəklində 2014-cü ildə ABŞ-da 6 nəfəri qətlə yetirən və daha sonra intihar edən Elliot Rodgerin fotosunun olduğu müəyyən edilib.

Məlumata görə, Mersinli atasına məxsus silahları götürərək məktəbə daxil olub və müəllimlərlə yanaşı şagirdlərə də atəş açıb. Nəticədə riyaziyyat müəllimi Ayla Kara və 8 şagird həyatını itirib, 17 şagird yaralanıb. Hücumçu isə hadisə yerində özünü öldürüb.

Araşdırmalar zamanı məlum olub ki, hücum zamanı istifadə olunan silahlar onun atasına məxsus olub. Hücumçunun atası Uğur Mersinli 15 aprel tarixində saxlanılaraq məhkəmənin qərarı ilə həbs edilib.

Türkiyə Polisi faktla bağlı genişmiqyaslı istintaqın davam etdiyini bildirib. Rəsmi açıqlamada qeyd olunub ki, hadisənin ilkin araşdırma nəticələrinə əsasən terror bağlantısı aşkar edilməyib və hücum fərdi xarakter daşıyır. Evdə və avtomobildə aparılan axtarışlar zamanı əldə edilən rəqəmsal materiallar ekspertizaya göndərilib.

Hadisədən sonra hücumçunun daha əvvəl sinifdə çəkilmiş görüntüləri də yayılıb. Kadrlarda onun qeyri-adi davranışları diqqət çəkib. Mütəxəssislər bu davranışların müəyyən psixoloji və ya xüsusi ehtiyaclarla bağlı ola biləcəyini bildiriblər.

Qeyd edək ki, hücumçunun profilində yer alan Elliot Rodger 2014-cü ildə Kaliforniyanın Isla Vista şəhərində törətdiyi hücumla tanınıb və bu hadisədən sonra "incel" adlanan radikal ideologiyanın simvollarından birinə çevrilib.

"Incel" termini ingilis dilində "istəksiz subaylıq" mənasını verir və əsasən qadınlara və cəmiyyətə qarşı nifrət, zorakılıq meylləri ilə seçilən şəxsləri təsvir etmək üçün istifadə olunur. Bu ideologiyanı mənimsəyənlər özlərini münasibətlərdən kənarda qaldıqlarına görə cəmiyyətə qarşı aqressiv mövqe tutan fərdlər kimi təqdim edirlər.

Fidan
Milli.Az

Избранный
16
5
milli.az

6Источники