RU

Dünyada və regionda adambaşına düşən səhiyyə xərcləri nə qədərdir? İnfoqrafika

ain.az, Yeniavaz portalına istinadən məlumat yayır.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, adambaşına düşən illik səhiyyə xərclərinə görə ilk sırada ABŞ qərarlaşıb.

Yeniavaz.com xəbər verir ki, bu məlumat Ümumdünya Səhiyyə Təşkilatının açıqladığı son statistik göstəricilərdə yer alıb. ABŞ-də adambaşına düşən illik səhiyyə xərcləri 13 min 473 dollara çatıb. Avropada isə Almaniya (6 849 dollar) və İsveç (6 485 dollar) ən yüksək göstəricilərə malik ölkələr sırasındadır. Kanada və Fransa da adambaşına 5000 dollardan çox vəsait ayırmaqla yüksək xərcləmə trendini qoruyur.

Yeni statistikaya görə, Azərbaycanda adambaşına düşən səhiyyə xərci 300 dollar təşkil edir. Bu göstərici əvvəlki illərlə müqayisədə artım dinamikasını göstərsə də, hələ də bəzi qonşu ölkələrdən geri qalır.

Asiya ölkələri arasında Yaponiya (3 638 dollar) və Cənubi Koreya (3 137 dollar) stabil yüksək göstəricilər nümayiş etdirir. İnkişaf etməkdə olan böyük iqtisadiyyatlardan Braziliyada bu rəqəm 1 010 dollar, Hindistanda isə 85 dollar civarındadır.

Mütəxəssislər qeyd edirlər ki, adambaşına düşən xərclərin həcmi yalnız tibbi xidmətlərin qiyməti ilə deyil, həm də ölkələrdə tətbiq edilən icbari tibbi sığorta sistemlərinin effektivliyi və dövlət büdcəsinin prioritetləri ilə birbaşa bağlıdır.

Elnur Əli

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
13
2
yeniavaz.com

3Источники