Aktual.az xəbər verir ki, bu sözləri Musavat.com-a Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev deyib.
Qanunverici orqanın təmsilçisi əldə olunan bu razılığın böyük önəmindən danışıb: "Bu, çox müsbət hadisədir və Azərbaycanla Rusiya arasındakı münasibətlərin gələcək inkişafı, qonşuluq münasibətlərinin daha da möhkəmlənməsi üçün ciddi önəm kəsb edir.
Əlbəttə, ən düzgün, ən doğru strategiya məhz budur: Qarşılıqlı hörmət, etimad və tərəflərin maraqlarının nəzərə alınması. Başqa cür ola bilməz və olmamalıdır da. Və hazırda sərgilənən yanaşma, müşahidə edilən mənzərə də o qənaəti hasil edir ki, artıq ikitərəfli münasibətlərin normallaşması üçün əhəmiyyətli addım atıldı və ölkələrin, xalqların mənafeyi naminə əməkdaşlığın yeni mərhələsinə qədəm qoyuldu.
Tanrı - qəzada həyatını itirən bütün həmvətənlərimizə qəni - qəni rəhmət eləsin.
Tanrı Azərbaycanı göz bəbəyi kimi qoruyan və milli maraqları hər şeydən üstün tutan ləyaqətli Prezidentimizi qorusun".