RU

Bakıda ərini öldürən qadına və sevgilisinə hökm oxundu

Bakının Sabunçu rayonunda sevgilisi ilə birlikdə ərinin qətlində təqsirli bilinən Leyla Abbasova və 20 yaşlı sevgilisi Zahir Soltanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bakıvaxtı.az Teleqraf-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrlik etdiyi prosesdə hökm oxunub.

Hökmə əsasən, Leyla Abbasova 15 il, Zahir Soltanov 18 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, dövlət ittihamçısı Leyla Abbasovanın 17 il, Zahir Soltanov isə 19 il müddətinə azadlıqdan məhrum olunmalarını təklif etmişdi.

İttihama görə, hadisə ötən il avqustun 9-da Zabrat qəsəbəsində baş verib.

Həmin gün 29 yaşlı İkram Piriyev yaşadığı evdə qətlə yetirilib. Hadisəni tərətməkdə ittiham olunan Zahir Soltanov, onun sevgi münasibətində olduğu Leyla Abbasova həbs olunub.

Qeyd edək ki, Zahir Soltanov Cinayət Məcəlləsinin 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), Leyla Abbasova isə həmin məcəllənin 32.5,120.2.9-cu (köməksiz vəziyyətdə olan adamın qəsdən öldürülməsində iştirak etmə) maddəlləri ilə ittiham olunur.

Избранный
1
2
bakivaxti.az

3Источники