RU

İsrail Livanın cənubundakı bütöv bir şəhəri dağıtmaqla hədələyib

İsrail Baş naziri Binyamin Netanyahu Livanın cənubundakı Bint-Cbeyl şəhərini dağıtmaq planlarını açıqladı və onu “Hizbullah”ın əsas qalası adlandırıb. Oxuməni.az xəbər verir ki, o, bu açıqlamanı Baş Nazir Ofisi tərəfindən yayımlanan video mesajda edib.

"26 il əvvəl burada [keçmiş şiə lideri] Həsən Nəsrullah dedi: 'İsraillilər hörümçək torudur. Biz Bint -Cbeyli ələ keçirmək üzrəyik; bu əsas Hizbullah qalasını faktiki olaraq məhv edəcəyik", - deyə o bildirib. Netanyahu əlavə edib ki, o, orduya Livanın cənubundakı "təhlükəsizlik zonasını genişləndirməyə davam etməyi" tapşırıb.

O, həmçinin qeyd edib ki, İsrail hazırda Livanla danışıqlar aparır. "Bu danışıqlar 40 ildən çoxdur ki, baş tutmayıb", - deyə o əlavə edib.

Almaz Həsənli

Избранный
2
1
oxumeni.az

2Источники