RU

“Hər amerikalı əsir üçün 1 milyard dollar alacağıq” – Rezayi

"Atəşkəsin uzadılması maraqlarımıza uyğun deyil".

"Yeni Sabah" Təsnim-ə istinadla xəbər verir ki, bunu İranın  Məqsədyönlüyü Müəyyənləşdirmə Şurasının üzvü, general-mayor Möhsün Rezayi bildirib.

"Biz diplomatiyanı dəstəkləməliyik. Amma hazırkı danışıqların əvvəlki iki danışıqdan fundamental fərqi var. Əvvəllər bizə ilkin şərtlər irəli sürülürdü, lakin bu dəfə ilkin şərtləri biz elan etdik. Pakistanın Baş naziri bildirib ki, Tramp ona telefonda bütün şərtləri qəbul etdiyini, lakin şərtləri azaltmaq istədiyini deyib. O, müharibəni müharibə ilə bitirə bilməz, amma biz bunu edə bilərik", - deyə Rezayi vurğulayıb.

Keçmiş "Sepah" komandiri ABŞ-İsraillə hərbi toqquşmanın hazırkı vəziyyətini "Hərbi sükut" adlandırıb:

"Bu, atəşkəs deyil, hərbi sükutdur. Tramp Hörmüz boğazını nəzarətində saxlamaq istəyir, amma dəniz blokadası ilə 10 şərtimizdə güzəştə getməyəcəyik. Əgər Amerika qüvvələri İrana sahildən müdaxilə edərsə, bu, bizim üçün əla şansdır. Onda minlərlə amerikalını əsir götürəcək və hər əsir üçün 1 milyard dollar alacağıq".

"Atəşkəsin uzadılması heç də xeyrimizə deyil; Bu, şəxsi fikrimdir, təzyiq ciddi olmalıdır, buraxılış qurğularımız artıq gəmilərdə yerləşdirilib, onların gəmilərini batıracağıq. Ya onlar təslim olub 10 şərtimizi qəbul edəcək, ya da Amerika çarəsiz səylərini davam etdirəcək".


Telegram kanalımız
Избранный
17
2
yenisabah.az

3Источники