İran təhsil sistemində köklü dəyişiklik edərək, ölkənin bütün məktəblərində distant təhsilə keçmək qərarına gəlib.
ONN media xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Bildirilib ki, distant təhsilə keçid qərarı ölkə üzrə bütün təhsil pillələrini əhatə edəcək.
Məlumata görə, bu qərar sonrakı xəbərdarlığa qədər qüvvədə qalacaq.
Qərarla bağlı hələlik rəsmi və ətraflı izahat verilməsə də, tədbirin ölkədəki mövcud şərait nəzərə alınmaqla həyata keçirildiyi qeyd edilib.