RU

““Günün Səsi” bu illər ərzində peşəkar xəttini itirmədən fəaliyyət göstərməyi bacarıb” Razi Nurullayev

ain.az, Gununsesi saytına istinadən bildirir.

Milli Məclisin deputatı Razi Nurullayev  Gununsesi.info-nu 10 illiyi münasibətilə təbrik edib:

“Günün Səsi” media saytının kollektivini 10 illik yubiley münasibətilə səmimi qəlbdən təbrik edirəm.

On il az müddət deyil. Bu zaman kəsiyində media mühitində dəyişən şərtlər, müxtəlif təzyiqlər və çağırışlar fonunda müstəqil mövqeyi qoruyub saxlamaq hər kəsin bacardığı iş deyil. “Günün Səsi” bu illər ərzində prinsipiallığını, neytrallığını və peşəkar xəttini itirmədən fəaliyyət göstərməyi bacarıb, özünü etibarlı informasiya mənbəyi kimi təsdiqləyib.

Ən önəmlisi isə odur ki, sayt oxucu ilə etimada əsaslanan münasibət qurub və bu etimadı illər boyu qoruyaraq müstəqil media obrazını möhkəmləndirib. Bu, həm jurnalistikanın dəyərlərinə sadiqliyin, həm də məsuliyyətli informasiya siyasətinin göstəricisidir.

Arzu edirəm ki, “Günün Səsi” bundan sonra da eyni prinsipiallıqla fəaliyyətini davam etdirsin, daha geniş auditoriyaya çatsın və Azərbaycan mediasında öz layiqli yerini daha da gücləndirsin.

Yubileyiniz mübarək!”.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
11
icma.az

1Источники