Millət vəkili Aqil Abbas Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgünə başsağlığı verib.
Hörmətli cənab səfir!
Qardaş Türkiyədə orta məktəblərdə baş vermiş silahlı hücum hadisələri bizi dərindən kədərləndirdi.Həlak olanlara Allahdan rəhmət diləyir, yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm.Bu ağır günlərdə qardaş Türkiyə xalqına səbir və güc arzulayırıq
Allah rəhmət eləsin.
Başın sağ olsun, Türkiyə.
Aqil ABBAS,
Milli Məclisin deputatı