RU

“Finlandiyada 2026-cı ildə nüvə silahı daşıya bilən qırıcı təyyarələr olacaq” - Rusiya səfiri

ABŞ-dan alınan və nüvə silahı daşıya bilən 64 ədəd çoxməqsədli qırıcı təyyarədən birincisi 2026-cı ildə Finlandiyanın arsenalına qoşulacaq.

Herbiand.az xəbər verir ki, bu barədə Rusiyanın Finlandiyadakı səfiri Pavel Kuznetsov TASS-a verdiyi müsahibədə bildirib.

Səfirin sözlərinə görə, gəmiqayırma zavodlarında ən müasir NATO silahları, o cümlədən qanadlı raketlər və torpedalarla təchiz ediləcək yeni korvetlər tikilir: “Quru qoşunlar üçün genişmiqyaslı yenidən silahlanma proqramına, o cümlədən uçuş məsafəsi uzadılmış raketlər və ballistik raketlərin alınmasına başlanılıb”.

Kuznetsov qeyd edib ki, Finlandiya 2030-cu ilə qədər elan edilmiş məqsədlərə 6 milyard avrodan çox pul xərcləməyi planlaşdırır.

Bəxtiyar CƏFƏRLİ

Избранный
7
herbiand.az

1Источники