RU

Neftçala Peşə Məktəbi yeniləndi Müasir infrastruktur və yeni imkanlar FOTO

ain.az bildirir, Redaktor.az portalına istinadən.

Ölkəmizdə peşə təhsilinin inkişafı və infrastrukturun müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Neftçala Peşə Məktəbinin tədris infrastrukturu yenilənib.

Redaktor.az xəbər verir ki, müasir standartlara uyğunlaşdırılan təhsil müəssisəsi funksionallığı və geniş tədris imkanları ilə seçilir.

Bildirilib ki, iki korpusdan ibarət olan peşə məktəbində tələbələrin keyfiyyətli təhsil alması üçün bütün zəruri şərait yaradılıb. Təhsil müəssisəsində 24 dərs otağı, 9 emalatxana, 2 İKT kabineti, akt zalı, kitabxana və idman zalı fəaliyyət göstərir.

Qeyd olunub ki, məktəbdə əmək bazarının tələblərinə uyğun olaraq 24 ixtisas üzrə kadr hazırlığı həyata keçirilir. Bu ixtisaslara aşpaz, kompüterlərin təmiri və xidməti üzrə texnik, elektrik qaynaqçısı, avtomobil təmiri çilingəri, veb dizayner və proqram təminatçısı, fermer və digər peşələr daxildir.

Tədris prosesinin müasir yanaşmalar əsasında təşkil edildiyi və tələbələrin həm nəzəri biliklərinin, həm də praktiki bacarıqlarının inkişafına xüsusi önəm verildiyi vurğulanıb.

Məlumata görə, 520 tələbə tutumuna malik təhsil müəssisəsində hazırda 421 nəfər təhsil alır. Tədris prosesi iki növbəli sistem əsasında təşkil olunub.

Bildirilib ki, yenilənmiş infrastruktur bölgədə peşə təhsilinin keyfiyyətinin artırılmasına, gənclərin peşə bacarıqlarının inkişafına və onların əmək bazarına daha hazırlıqlı çıxmasına mühüm töhfə verir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
3
9
redaktor.az

10Источники