RU

Türkiyənin Çinə sement ixracı azalıb (ÖZƏL)

BAKI,TurkicWorld, Orxan Qədirzadə

2026-cı ilin yanvar – mart aylarında Türkiyədən Çinə sement ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 18,5 faiz azalaraq, 1 milyon 147 min 570 dollara bərabər olub.

Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Türkiyə 2026-cı ilin mart ayında Çinə sement ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 4,2 faiz azalaraq, 474 min 390 dollara çatdırıb.

Qeyd edək ki,2026-cı ilin mart ayında Türkiyənin sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,7 faiz artaraq, 377 milyon 665 min dollara bərabər olub.

2026-cı ilin yanvar-mart aylarında Türkiyənin sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz artaraq,1 milyard 29 milyon 94 min dollara bərabər olub.

Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (mart 2026 - mart 2025) Türkiyə 4 milyard 512 milyon 224 min dollar məbləğində sement ixrac edib.

Избранный
6
49
turkic.world

10Источники