RU

Hər evdə var: Ancaq 1 nəfər istifadə etməlidir, yoxsa xəstəlik yayılır

Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Hətta yaxın ailə üzvləri arasında olsa belə, eyni hamam kisəsindən istifadə etmək dəri xəstəliklərinə və infeksiyaların yayılmasına yol aça bilər.Demokrat.az xəbər verir ki, bunu terapevt Şota Kalandiya bildirib.O deyib ki, hamam aksesuarları mikroorqanizmlərin çoxalması üçün ən əlverişli mühitdir.BiMütəxəssisin sözlərinə görə, kisə daima nəm mühitdə qalır, dərinin ölmüş hüceyrələri və piy qatı ilə təmasda olur. Hətta kisəni yaxşıca yuduqda belə, onun lifləri arasında bakteriya və göbələklər qala bilər. "Hər bir insanın fərdi mikroflorası var. Eyni kisədən bir neçə nəfər istifadə etdikdə mikroblar qarışır və bu, xəstəlik törədən orqanizmlərin bir bədəndən digərinə keçməsinə səbəb olur" - deyə həkim qeyd edib.Xüsusilə göbələk infeksiyalarının ötürülmə riski olduqca yüksəkdir. Nəm mühitdə uzun müddət yaşayan göbələklər dəridə qaşınma, qabıqlanma və çatlara yol açır. Bundan əlavə, ümumi kisə vasitəsilə irinli səpkilər, akne və digər bakterial fəsadlar da yarana bilər. Əgər bədəndə kiçik kəsiklər və ya qıcıqlanma varsa, infeksiyanın qana keçmə ehtimalı daha da artır.Həkim xatırladır ki, ailə üzvlərinin hər birinin fərdi dəsmalı, kisəsi və ülgücü olmalıdır. Şəxsi gigiyena qaydalarına riayət etməklə yanaşı, kisəni mütəmadi olaraq yenisi ilə əvəz etmək, istifadədən sonra yaxşıca qurulamaq vacibdir.Aytən

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
5
demokrat.az

1Источники