RU

İran və ABŞ arasında GƏRGİNLİK AZALIR: Tehran danışıqlara MEYİLLİDİR

Pakistan ordusunun rəhbərinin İrana səfəri bir neçə məsələdə ABŞ ilə fikir ayrılıqlarını azaltmağa kömək edib.

İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Yüksək rütbəli İran rəsmisi “Reuters” agentliyinə açıqlamasında Pakistan ordusunun komandanının İrana səfərinin bir sıra məsələlər üzrə fikir ayrılıqlarının azaldılmasına kömək etdiyini bildirib.

Onun sözlərinə görə, bu səfərdən sonra atəşkəsin uzadılması və danışıqların ikinci raundunun keçirilməsi ilə bağlı ümidlər artıb.

Buna baxmayaraq, nüvə məsələsi ilə bağlı fikir ayrılıqları hələ də qalmaqdadır.

Rəsmi şəxs qeyd edib ki, yüksək zənginləşdirilmiş uran ehtiyatlarının taleyi və nüvə proqramına dair məhdudiyyətlərin müddəti hələ müəyyən edilməyib.

Xuraman Etibarlı

İnterpress.az


Избранный
8
interpress.az

1Источники