RU

Starmerdən Trampa sərt cavab - təslim olmayacağam...



ABŞ Prezidenti Tramp enerji, immiqrasiya və İran məsələlərində Britaniyanın mövqeyini tənqid etdikdən sonra Baş nazir Keir Starmer sükutu pozub. Starmer Trampın ticarət müqaviləsi vasitəsilə Britaniyaya təzyiq göstərdiyini deyərək təslim olmayacağını bildirib.

Xatırladaqki, Tramp “British Sky News” a verdiyi müsahibədə İngiltərə Kralı III Çarlzı tərifləyib, lakin Baş nazir Starmeri tənqid edib: "Starmeri bəyənirəm, amma o, Şimal dənizindəki neft yataqlarını bağlamaqda dəhşətli bir səhvə yol verib. Gördüyünüz kimi, enerji qiymətləriniz dünyada ən yüksək səviyyəyə qalxıb. O, həmçinin immiqrasiya məsələsində də dəhşətli səhvlərə yol verib"

“Xüsusi münasibətləri necə şərh edərdiniz?” sualına Tramp “Kimlə xüsusi münasibət?” cavabını verdi və Britaniyanın adını çəkib: "Ehtiyac duyduğumuz zaman orada deyildilər. Ehtiyac duymadığımız zaman da ortada görünmürdülər. Əvvəllər daha yaxşı idi, amma indi çox kədərlidir. Böyük Britaniyaya çox yaxşı ticarət müqaviləsi təklif etdik. Mənim edə biləcəyimdən daha yaxşı idi. Amma Böyük Britaniyaya təklif etdiyimiz ticarət müqaviləsi dəyişə bilər. Yaxşı bir müqavilə bağladıq, çünki onların çoxlu problemləri vardı. Enerji böyük bir problemdir, çünki Şimal dənizindən istifadə etmək əvəzinə, Şimal dənizindən istifadə edən Norveçdən enerji alır və ikiqat pul ödəyirlər. Britaniyanı sevirəm, onun uğur qazanmasını istəyirəm. Amma pis miqrasiya və enerji siyasətiniz varsa, uğur qazana bilməzsiniz. Sizdə hər ikisi də çox pis vəziyyətdədir".

Britaniyanın Baş naziri Starmer Trampa, Britaniya Parlamentində həftəlik "Baş nazirə suallar" sessiyasında cavab verib.

Starmer ABŞ və İsrailin İrana hücumları ilə bağlı mövqeyinin əvvəldən çox aydın olduğunu deyib: “Biz bu müharibəyə cəlb olunmayacağıq. Bu, bizim müharibəmiz deyil".

Starmer, İrana hücumun Britaniyanın milli maraqlarına uyğun olmadığını deyib: "Fərqli mövqe tutmağım üçün təzyiq altındayam. Bu təzyiqə dünən gecəki (Trampın Sky News-a verdiyi müsahibə) çıxışı da daxildir. Amma fikrimi dəyişməyəcəyəm. Təslim olmayacağam. Bu müharibədə iştirak etmək bizim milli maraqlarımıza uyğun deyil. Biz iştirak etməyəcəyik".

Tahir TAĞIYEV

Избранный
17
baki-xeber.com

1Источники