RU

“Baltikyanı ölkələr hazırlaşsın”:- Rusiyanın Avropadakı hədəfləri rəsmən açıqlandı

Rusiyanın hərbi-siyasi rəhbərliyi Avropada NATO-nun genişlənməsinə və Rusiya sərhədlərində hərbi potensialın artırılmasına cavab olaraq prioritet hədəfləri müəyyənləşdirib. AzPost xəbər verir ki, söhbət ilk növbədə Baltikyanı ölkələrin ərazisində yerləşən hərbi infrastruktur obyektlərindən gedir.

Ekspertlərin fikrincə, söhbət NATO-nun Polşa və Baltikyanı ölkələrdəki logistika mərkəzləri, silah anbarları və komanda məntəqələrindən gedir ki, bunlar da birbaşa Rusiya tərəfinin raket zərbəsi endirə biləcəyi hədəflər siyahısına daxil edilib. Bu addım regionda gərginliyin artması və Alyansın şərq cinahının möhkəmləndirilməsi fonunda atılıb.

Rəsmi Moskva dəfələrlə xəbərdarlıq edib ki, ölkənin təhlükəsizliyinə qarşı istənilən təhdid adekvat və operativ cavab tədbirləri ilə qarşılanacaq. Analitiklər qeyd edirlər ki, hədəflərin bu cür “rəsmən” səsləndirilməsi Qərbə qarşı çəkindirmə siyasətinin bir hissəsidir. Baltikyanı ölkələrin rəhbərliyi isə öz növbəsində NATO müttəfiqlərindən əlavə təhlükəsizlik zəmanətləri və hərbi kontingentin artırılmasını tələb edir.

Vəziyyətin gərginləşməsi regionda hərbi qarşıdurma riskini ən yüksək həddə çatdırıb.

AzPost.az

Избранный
15
1
azpost.info

2Источники