RU

Bulvarda güllük ərazi bu hala düşdü: Yalnız kənardan şəkil – FOTOLAR + VİDEO

Xəbər verdiyimiz kimi, aprelin 12-də Dənizkənarı Milli Parkda (Bakı bulvarı) yerləşən və müxtəlif güllərdən ibarət olan sahə yararsız hala salınıb.

Daha sonra araşdırma aparılıb və əkilmiş gülləri əzənlər polisə çağırılıblar. Həmin əməlləri törədən 10-a yaxın şəxs müəyyən olunub və onlar barəsində məsuliyyət tədbirləri görülüb. Belə ki, sosial şəbəkələrdə bloger fəaliyyəti ilə tanınan bir qrup şəxs həmin gülləri əzərək foto və videolar çəkdiriblər. Daha sonra bu görüntüləri sosial şəbəkə hesablarında paylaşıblar və bu addım bir növ trendə çevrilib.

Hazırda isə ərazidə vəziyyət dəyişib. Tülpanların olduğu sahəyə giriş məhdudlaşdırılıb və ziyarətçilərin birbaşa əraziyə daxil olmasına icazə verilmir. Şəkil çəkdirmək istəyən şəxslər yalnız kənardan çəkiliş edə bilirlər. Qaydaları pozmağa çalışanlara isə dərhal nəzarətçilər tərəfindən xəbərdarlıq edilir.

güllük.jpg

güllük

güllük

Şahanə Rəhimli
Musavat.com

Избранный
23
musavat.com

1Источники