RU

“Yuventus”un hücumçusu zədələndi

“Yuventus”un hücumçusu Arkadiuş Milik yenidən zədələnib.

İdmanxeber.az-ın məlumatına görə, polşalı forvard aprelin 14-də məşq zamanı sağ ayağının bud əzələsindən zədə alıb. Onun vəziyyəti ilə bağlı dəqiq müddət 10 gün ərzində aparılacaq əlavə müayinələrdən sonra müəyyənləşəcək.

Milik 4-5 həftə meydanlardan kənarda qalacağı ehtimal edilir. Uzun müddətdir zədələrlə mübarizə aparan 32 yaşlı futbolçu bu mövsüm cəmi 2 oyunda 34 dəqiqə şans qazanıb.

Избранный
31
idmanxeber.az

1Источники