RU

"Araz-Naxçıvan" "Turan Tovuz"la oyuna 2 itki ilə çıxacaq - ADLAR

Misli Premyer Liqasının (MPL) 28-ci turu çərçivəsində sabah "Turan Tovuz"u qəbul edəcək "Araz-Naxçıvan" oyuna 2 itki ilə çıxacaq.

Bu barədə Fanat.Az-a Naxçıvan təmsilçisinin mətbuat xidmətindən məlumat verilib:

"Cəzalı futbolçumuz yoxdur. Əvəzində Vanderson Melo və Bruno Franko zədə səbəbindən bu qarşılaşmada iştirak edə bilməyəcəklər".

Qeyd edək ki, Sumqayıtdakı "SOCAR Polimer Arena"da baş tutacaq "Araz-Naxçıvan" - "Turan Tovuz" qarşılaşmasının start fiti 17:00-da səsləndiriləcək. "Qırmızı-ağlar" MPL-in turnir cədvəlində 39 xalla 6-cı, 52 xala malik qərb təmsilçisi isə 3-cü pillədədir. 

Mirağa

Избранный
9
3
fanat.az

4Источники