RU

Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının üzvləri Zəngilanda bərpa-quruculuq işləri ilə tanış olub - FOTO

Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının üzvləri Zəngilan şəhərində aparılan bərpa-quruculuq işləri ilə tanış olublar.

APA xəbər verir ki, Zəngilan rayonunda səfərdə olan Hökumətlərarası Komissiyasının üzvləri rayon mərkəzinə baş çəkiblər.

Zəngilan şəhərinin təsdiq edilmiş ümumi Baş Planına uyğun olaraq, şəhərdə daxili yol-kommunikasiya şəbəkəsi, yaşayış kompleksləri və 1 inzibati bina, məktəb, uşaq bağçası və rayon mərkəzi xəstəxanası tikildiyinə dair qonaqlara məlumat verilib.

Bildirilib ki, yaşıllıq zonası ilə əhatə olunan ilk yaşayış məhəlləsi şəhərin mərkəzi hissəsində yerləşir. Belə ki, birinci yaşayış məhəlləsində tikilən binalarda 104 mənzil var və onlar 2, 3, 4 və 5 otaqdan ibarətdir.

O da bildirilib ki, məhəllədəki binaların inşasında modern və minimalistik memarlıq yanaşmalarından, həmçinin milli naxış elementlərindən də istifadə edilir.

Qeyd edilib ki, Zəngilan Konqres Mərkəzi, məktəb, bağça və digər infrastruktur binaları, eləcə də yeni Zəngilan məscidi şəhərin müasir yaşayış məskəni olaraq simasını formalaşdıracaq.

Azərbaycan-Rusiya Azərbaycan-Rusiya Azərbaycan-Rusiya Azərbaycan-Rusiya Azərbaycan-Rusiya Azərbaycan-Rusiya Azərbaycan-Rusiya Azərbaycan-Rusiya Azərbaycan-Rusiya Azərbaycan-Rusiya Azərbaycan-Rusiya
Избранный
3
4
apa.az

3Источники