RU

“Tamstore”da vitrini köhnə kolbasalar bəzəyir - VİDEO

“Tamstore” marketlər şəbəkəsində istifadə müddəti bitmiş kolbasa məhsullarının satışa çıxarıldığı bildirilir.

"Cebheinfo.az" Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə alıcılardan biri sosial şəbəkədə video paylaşıb.

Görüntülərdə alıcı hədiyyə formasında qablaşdırılmış “Çerkiz” kolbasalarını göstərərək bildirir ki, məhsulun istehsal tarixi fevralın 7-si, üzərində qeyd olunan istifadə müddəti isə 60 gündür. Bu hesablamaya görə, məhsulun yararlılıq müddəti aprelin 7-də başa çatır. Lakin üstündən 1 həftə keçməsinə baxmayaraq, həmin kolbasalar vitrindən yığışdırılmayıb.

Paylaşımın şərh bölməsində digər istifadəçilər də sözügedən marketdə tez-tez oxşar hallarla qarşılaşdıqlarını iddia ediblər. Bəzi şəxslər isə vaxtı keçmiş məhsulların vitrində qalmasını işçi çatışmazlığı ilə əlaqələndiriblər.

"Tamstore" marketlər şəbəkəsindən bildirilib ki, məsələ araşdırılır.

Məsələ ilə bağlı tərəfimizdən Qida Təhlükəsizliyi Agentliyinə də sorğu göndərilib.

"Cebheinfo.az"

Избранный
29
cebheinfo.az

1Источники