Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Biləsuvarda Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, Cəlilabad, Salyan və Neftçala rayonlarından olan vətəndaşları qəbul edib.
Komitədən AZƏRTAC-a bildirilib ki, vətəndaş qəbulu zamanı müraciətlər dinlənilib, torpaq ayrılması, şəhərsalma və tikinti normalarına uyğun icazə prosedurları ilə bağlı məsələlər müzakirə olunub.
Eyni zamanda, komitə tərəfindən yaradılan Elektron Tikinti Portalı barədə məlumat verilib.