RU

Kollektor üzərində tikilən evlər: kimlər cəzalandırılacaq? AÇIQLAMA

GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Xəbər verdiyimiz kimi, kollektorların üzərində inşa edilmiş 1600 qanunsuz ev müəyyən edilib. Bu barədə Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov bildirib. Onun sözlərinə görə, bu tikililərlə bağlı hüquqi müstəvidə tədbirlər görüləcək.

Kollektor üzərində tikilən evlərə görə məsuliyyət kimə düşür: vətəndaşa, yoxsa buna icazə verən məmurlara?

Globalinfo.az-a danışan deputat Razi Nurullayev deyib ki, həmin evlərin taleyinə hüquqi və məntiqi prizma ilə yanaşdıqda, bu prosesdə vətəndaşın günahı yoxdur:

“Əvvəla, vətəndaş torpaq alarkən və ya ev tikərkən dövlətin yaratdığı hüquqi və inzibati mühitə güvənir. Heç bir vətəndaş kollektor xəttinin, yeraltı kommunikasiya sistemlərinin, yaxud texniki məhdudiyyətlərin xəritəsini bilməyə və bunu müstəqil şəkildə yoxlamağa borclu deyil. Bu, birbaşa dövlət qurumlarının, xüsusilə icra hakimiyyətlərinin, bələdiyyələrin, şəhərsalma və memarlıq orqanlarının funksional vəzifəsidir. İkincisi, əgər həmin ərazilərdə illər boyu tikintiyə göz yumulubsa, kommunikasiya xətləri çəkilibsə, elektrik, qaz, su təminatı verilibsə və insanlar orada faktiki yaşayış qurublarsa, bu artıq dövlətin həmin ərazidə formalaşmış vəziyyəti dolayısı ilə tanıdığını göstərir. Bu halda məsuliyyət vətəndaşın deyil, nəzarəti həyata keçirməli olan və vaxtında müdaxilə etməyən qurumların, eləcə də vəzifəli şəxslərin üzərinə düşür”.

Razi Nurullayev

Deputat bildirib ki, hüququn fundamental prinsiplərindən biri “qanuni gözlənti”dir:

“Vətəndaş dövlətin hərəkət və ya hərəkətsizliyi nəticəsində formalaşmış vəziyyətə əsaslanaraq qərar veribsə, sonradan bunun yükünü onun üzərinə qoymaq ədalətli deyil. Bu gün vətəndaşların cəzalandırılması sosial ədalətsizlik yaratmaqla yanaşı, həm də dövlət-vətəndaş münasibətlərinə ciddi zərbə vurur. Əksinə, məsuliyyət konkret olaraq qanunsuz tikintilərə şərait yaradan, nəzarəti həyata keçirməyən, yaxud bu prosesə birbaşa və ya dolayı yolla icazə verən sabiq və indiki məmurların üzərinə qoyulmalıdır. Əminəm ki, bu məsələdə ədalətli yanaşma məhz bundan ibarət olmalıdır. Vətəndaş yox, sistemi bu vəziyyətə gətirənlər cavab verməlidir”.

Ləman İmran

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
2
1
globalinfo.az

2Источники