RU

İran və Çin XİN rəhbərləri Hörmüz boğazını müzakirə etdi

ain.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İranın xarici işlər naziri Abbas Əraqçi Çin Xalq Respublikasının xarici işlər naziri Vanq Yi ilə telefon danışığı aparıb.

Redaktor.az xəbər verir ki, bu barədə İranın Tasnim agentliyi Armenpress-ə istinadən məlumat yayıb.

Məlumata görə, Əraqçi ABŞ-nin Fars körfəzi və Hörmüz boğazındakı “təxribatçı addımlarının” təhlükəli nəticələri barədə xəbərdarlıq edib və bunun regionda vəziyyəti daha da gərginləşdirə biləcəyini bildirib.

Nazir telefon danışığı zamanı İran–ABŞ arasında iki həftəlik atəşkəs rejimindən sonra regionda baş verən son proseslər barədə də məlumat verib.

Əraqçi həmçinin Çin və Rusiyanın BMT Təhlükəsizlik Şurasında ABŞ-ın təqdim etdiyi “birtərəfli və əsassız” qətnaməyə qarşı çıxmasını alqışlayaraq bunu gərginliyin azaldılması üçün mühüm addım kimi qiymətləndirib.

Öz növbəsində, Çin XİN rəhbəri Vanq Yi müharibə dövründə İran xalqının dayanıqlığını və müstəqilliyini yüksək qiymətləndirib, Pekinin diplomatik səylərə və münaqişənin həllinə töhfə verməyə hazır olduğunu bildirib.

"Associated Pres"in məlumatına əsasən, Vanq Yi həmçinin Hörmüz boğazı ilə bağlı mövqeyini açıqlayaraq İranın suverenliyinə və hüquqlarına hörmət edilməsinin vacibliyini vurğulayıb, eyni zamanda boğazda naviqasiya azadlığı və təhlükəsizliyin təmin olunmasının önəmini qeyd edib.

Çinli nazir bildirib ki, “boğazdan normal gəmiçiliyin bərpası beynəlxalq ictimaiyyətin ümumi çağırışıdır”.

Aminə ŞAHSUVARQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
1
1
redaktor.az

2Источники